Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin illik maliyyə hesabatlarını təsdiqləmək sahəsində səlahiyyəti ləğv olunub.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.
İllik maliyyə hesabatlarını Gənclər Fondu özü təsdiqləyəcək. Fonda Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiqləmək səlahiyyəti də verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər