Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından çıxıb və yüksələn xətlə inkişaf edir.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini İqor Neçayev bu gün keçirdiyi brifinqdə “Dəyişən dünya fonunda tərəfdaşlıq baxımından bu gün Azərbaycanla münasibətlərin Rusiya üçün nə kimi əhəmiyyəti var?” sualına cavabında bildirib.
“Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından keçib və yüksəlişdədir. Bu il fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə ölkələrimiz əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldi. Çox aktiv əlaqə qrafikimiz var”, - rusiyalı diplomat vurğulayıb.
O, bu gün Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Azərbaycana səfər etdiyini xatırladıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər