18 noyabr 2022 11:45
564

Gürcüstan XİN başçısı: Azərbaycanla yaxın dostluğumuzu yüksək qiymətləndiririk

“Azərbaycanla yaxın dostluğumuzu yüksək qiymətləndiririk”.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Azərbaycanla diplomatik əlaqələrin 30 illiyi münasibətilə tviterdə yazıb.

O bildirib ki, rəsmi Bakı və Tbilisi 30 il ərzində qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı inkişaf etdirib.

“Qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik”, - XİN başçısı vurğulayıb.