18 noyabr 2022 12:50
449

Səfirliyin açılması ilə Azərbaycan-İsrail münasibətləri yeni müstəviyə keçir

“İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük. Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərib, Azərbaycanın haqq səsinə səs verib, bu ölkə ilə əlaqələri genişləndirməliiyk”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, bu gün İsrailin Tel-Əviv şəhərində səfirliyin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib: “Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək”.