“Bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük”.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı bildirib.
"Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, necə deyərlər, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər