18 noyabr 2022 13:45
343

30 il sonra bu torpaqların həqiqi sahibləri geri qayıdıb, Fransa isə çıxıb deyir ki...

Bütün dünya Türkiyənin Qarabağın azad olunması üçün nələr etdiyini bilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O, Azərbaycanla “Bir millət - İki dövlət” dediyimiz konsepsiyanı bütün sahələrdə həyata keçirməyə çalışdıqlarını qeyd edib.

Oktay, həmçinin, Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qərarı da şərh edib:

“Bu torpaqlar 30 il ərzində işğal altında idi, hər şey yerlə-yeksan edilmişdi, heç bir şey əkilməmişdir, Qarabağın bağını yox etmişdilər. Ermənilərin özləri də heç bu əraziyə köçməmişdilər, çünki niyyət fərqli idi. İndi 30 il sonra bu torpaqların həqiqi sahibləri geri qayıdır, Fransa isə çıxıb deyir ki, bura Ermənistan torpağıdır, ey Azərbaycan buradan çıx, yoxsa sənə qarşı sanksiya tətbiq edəcəyik”, - deyə o vurğulayıb.