Milli Məclisin deputatları Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun üzvü Rob Vitmanla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə deputat Soltan Məmmədov məlumat verib.
Deputatlar Virciniya ştatını təmsil edən Konqres üzvü ilə ABŞ-ın Cənubi Qafqaz siyasəti, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparıb, Ermənistanla münasibətlərin normallaşması, regionda davamlı sülhün bərqərar edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar haqqında məlumat veriblər. Eyni zamanda enerji, terrora qarşı mübarizə, beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər