18 noyabr 2022 15:49
467

Corc Dik Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı xəbərə münasibət bildirib

İsrail səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı xəbərə münasibət bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail diplomatı "Twitter"də paylaşım edib.

Corc Dik xəbəri qeyd olunacaq hadisə kimi dəyərləndirib: "Bu şüşəni açmaq vaxtıdır! Bu günlərdə Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib".