Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.
“Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Gürcüstan hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Gürcüstan arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, - paylaşımda qeyd olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər