İsrailin turizm naziri Yoel Razvozov Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib.
“İki sahil” xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında bildirib.
"İsraildə səfirlik açmaq qərarına görə Azərbaycan rəhbərliyini ürəkdən təbrik edirəm! Bu, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir", İsrailin turizm naziri vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər