20 noyabr 2022 17:26
512

XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə Qarakənd faciəsi ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilib:

“Bu gün Qarakənd kəndində baş vermiş faciənin 31-ci ildönümüdür. 1991-ci il noyabrın 20-də 22 nəfər, o cümlədən Azərbaycanın görkəmli dövlət xadimləri, hökumət üzvləri, deputatlar və jurnalistlər Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə həlak olub”.