Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
"İki sahil” “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibində, həmçinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orhan Erdem, AK Partinin xarici əlaqələr üzrə sədr müavinləri Mehmet Ceylan, Afif Demirkıran və digər rəsmi şəxslər təmsil olunurlar.
Nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını, Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edəcək, Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər