Siyasi partiyaların yerli təşkilat yaratması üçün 100 üzv tələbi aradan götürülür.
“İki sahil” xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapıb.
Qanun layihəsinin yeni redaksiyasına əsasən, yerli təşkilatın statusu Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.
Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, yerli təşkilat siyasi partiyanın azı 100 üzvündən ibarət olmaqla müvafiq inzibati ərazi vahidində formalaşdırılmalı idi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər