“Ermənistanla Azərbaycan arasında münaqişənin həlli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətlərinə daxil deyil”.
“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev jurnalistlərin "KTMT Ermənistana Azərbaycanla münaqişədə daha fəal və hərbi yardım göstərə bilərmi?" sualını cavablandırarkən deyib.
O bildirib ki, KTMT proseslərin nizamlanmasını ən səmimi şəkildə istəyir: “Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”, - K.Kosaçev vurğulayıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər