21 noyabr 2022 17:56
286

Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi - Tahir Budaqov

Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi.

“İki sahil” xəbər verir ki,  bu sözləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyası faktiki olaraq 30 il ərzində ölkəmizdə demokratik siyasi mühitin tərəfdarı olub. Son vaxtlar, xüsusilə də ölkəmizin tarixi Zəfərindən sonra Azərbaycanda və regionda yeni geosiyasi reallıqlar yaranıb. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan xalqı ümummilli maraqlar naminə vahid yumruq kimi birləşmək əzmində olduğunu göstərdi. Təbii ki, bu yeni reallıqlar şəraitində siyasi partiyalar arasında münasibətlərin də yeni müstəvidə qurulmasına ehtiyac yaranıb. Prezident İlham Əliyev öz çıxışlarında yeni siyasi konfiqurasiya ilə bağlı mesajlarını verib. Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə işlər davam edir. Ümummilli maraqlar naminə siyasi partiyaların hər zaman konstruktiv dialoq qurması və əməkdaşlıq etməsi üçün imkanlar və perspektivlər var.