Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir
Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə olunub