Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov və sədr müavini Həşim Əliyevlə görüşüb.
Bu barədə “İki sahil”ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
F.Muradov Moskvadakı soydaşlarımızın bir araya gəlməsi istiqamətində görülən işləri, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğ olunması istiqamətində fəallığın hiss olunmasını yüksək qiymətləndirib, diaspor təşkilatının fəaliyyətinin daha da genişləndirilməsinə dair tövsiyələrini nəzərə çatdırıb.
İndiyədək görülən işlər barədə ətraflı məlumat verən təşkilat rəhbərləri Komitənin çoxşaxəli fəaliyyət istiqamətlərinin Moskvadakı diasporumuz tərəfindən təqdir olunduğunu vurğulayıblar.
Görüş təşkilatın gələcək planlarına dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Qeyd edək ki, Bəxtiyar Həsənov bu ilin iyun ayından “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri seçilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər