22 noyabr 2022 17:07
353

Azərbaycan XİN İndoneziyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada zəlzələ ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“Qərbi Yavada, İndoneziyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin gündə dost və qardaş İndoneziyanın yanındadır”.