22 noyabr 2022 19:39
1023

Müşfiq Məmmədli: İran 30 ildə Azərbaycan torpaqlarının işğal altında olmasına buna görə göz yumubmuş

“Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşmənə) təslim etməz. (Məhəmməd peyğəmbər s.a.v).
1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv. km olub. "Türkmənçay" müqaviləsi ilə Azərbaycanımızın Arazın Güneyindəki 210 min kv. km. ərazisi İrana, 130 min kv. km. ərzisinin isə Rusiyaya birləşdirilməsi ilə Qədim Azərbaycan torpaqları iki güc arasında iki yerə parçalandı”.
“İki sahil” xəbər verir ki, bunu mətbuata  açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Bunu Azərbaycan tarixinin ən faciəvi tarixi olduğunu qeyd edən deputat əlavə edib ki, İranın bugünkü qorxusu şimalda rus işğalına qarşı mübarizə aparan, 70 illik sovet işğalına şəhidlərin qanı ilə son verən azad, müstəqil Azərbaycan dövlətinin dünya dövlətləri arasında öz yerini tutmasıdır: “Əlbəttə ki, əslən azərbaycanlı olan bütün soydaşlarımızın hüquqlarının təmin etmək və müdafiə etmək gücündə olmasıdır. 

Hər kəsə aydındır ki, 30 il Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinə göz yuman İranın yalnız bir məqsədi olub, Quzey Azərbaycanın başının işğala qarışsın və bununla da cənubda İranın işğalı altında qalan soydaşlarımızın səsinə səs vermək iqtidarında olmasın. Buna görə var gücü ilə erməni faşistlərinin yanında duran İran öz mahiyyəti etibarı ilə faşist, şovinist bir dövlət olmasını bir daha təsdiq edir. Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi sonucunda Qarabağdakı erməni işğalına son verməsi, daha da güclənməsi, İranın şovinist molla rejimini elə bir təşvişə saldı ki, orada yaşayan milliyətindən asılı olmayaraq bütün insanların ən adi insani hüquqlarını belə ayaqlar altına aldı və bunu çox vəhşi bir şəkildə bütün dünyaya göstərdi. Bu vəhşiliyə cavab gecikmədi: Qadınlar qara rejimin qara çadrasına “yox” dedilər, cəhalətə, hüquqsuzluğa “yox” dedilər.

Yüz illərdir ən adi vətəndaş, insan hüquqlarından məhrum edilən, ana dilində təhsil almağı qadağan olunan, hər fürsətdə əzilən soydaşlarımızın vəhşi şovinist rejimə qarşı bu günədək gizli-aşkar apardıqları Azadlıq hərəkatı artıq geniş vüsət almaqdadır. Azərbaycan dövləti, Azərbaycan vətəndaşı olaraq bizlər də bu vəziyyətə səssiz qala bilmərik!

Bu gün Güney Azərbaycanda “Azadlıq, Ədalət, Milli hökumət” şüarı ilə başlayan Azadlıq hərəkatı tarixin hökmüdür və cəhalət içində boğulan, İslam deyib bağıran, amma əslində İslam əxlaqından xəbərsiz olan İran adlı dövlət bu gedişatı durdura bilməyəcək! İran unutmasın ki, Təbriz tarixən Azərbaycanın ən qədim baş şəhəri-paytaxtı olub!”