Biz, 10 ölkənin 11 siyasi partiyasının liderləri və nümayəndələri 2022-ci il 20-22 noyabr tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda İCAPP-ın xüsusi konfransına toplaşaraq “Sülhyaratma proseslərində siyasi partiyaların iştirakı” və “Siyasi partiyalar arasında əməkdaşlıq yolu ilə regional və qlobal təhlükəsizliyin təşviqi” adlı iki mövzuya diqqətimizi yönəltdik və aşağıdakıları bir daha təsdiqlədik:
Biz ev sahibliyi edən Azərbaycan Respublikasının Yeni Azərbaycan Partiyasına səmimi qonaqpərvərliyə və konfransın mükəmməl təşkilinə görə dərin minnətdarlığımızı ifadə etdik. Həmçinin İCAPP Katibliyinə konfransın uğurla keçməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildirdik.
Sənəd 2022-ci il noyabrın 22-də Azərbaycanın Bakı şəhərində yekdilliklə qəbul edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər