23 noyabr 2022 11:47
261

Parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilir

Noyabrın 23-də Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilir.

"İki sahil" xəbər verir ki, iclasın gündəliyinə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.