"Gələcəkdə siyasi partiyalarla əməkdaşlığı daha da artırmalı, ölkədə siyasi mühitin daha da normallaşmasına çalışmalıyıq".
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyub: “Bu gün biz ölkədə siyasi partiya mədəniyyətinin, siyasi partiyalarla münasibətin daha da yüksək səviyyəyə qaldırılmasının şahidiyik. Hazırda ölkədə fəaliyyət göstərən bütün partiyalar dialoqlarda iştirak edir və onlara bütün lazımi şərait yaradılıb. Əvvəlki dövrdə bu cür şərait və münasibət olmayıb".
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər