23 noyabr 2022 16:15
266

Leyla Abdullayeva Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon (Anne Boillon) ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb.

“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, - o bildirib.