23 noyabr 2022 16:35
260

Prezident İlham Əliyev öz ölkəsinin maraq və mənafeyini həmişə qoruyub saxlayır

Prezident İlham Əliyev hazırda Avropada ən nüfuzlu insanlardan biridir. Bütün Avropada İlham Əliyev sevilir və o, çox ağıllı insandır.

“İki sahil” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.

“O elə bir insandır ki, öz ölkəsinin ehtiramını, maraq və mənafeyini həmişə qoruyub saxlayır”, - Vuçiç qeyd edib.