“Təkbətək görüş zamanı ölkələrimiz arasında real dostluq bir daha təsdiqləndi. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik”.
“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı bildirib.
“Siz də həmişə heç də asan olmayan şəraitdə Serbiyanın ərazi bütövlüyünü və suverenliyini hər zaman çox dəstəkləmisiniz. Biz eyni addımları davam etdirəcəyik. Bilirəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan hər zaman eyni mövqedən çıxış edəcək” – o qeyd edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB/FOTO
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər