24 noyabr 2022 15:57
228

Sane İspaniyaya qarşı oyunu da buraxa bilər

Almaniya millisinin hücumçusu Leroy Sane DÇ-2022-nin qrup mərhələsində İspaniyaya qarşı oyunu buraxa bilər .

"İki sahil" "Sport 1"ə istinadən xəbər verir ki, o, hələ də komanda ilə məşqdə iştirak etmir və fərdi qaydada çalışır. Sane zədə səbəbindən  1-ci turda Yaponiyaya qarşı görüşdə (1:2) oynamamışdı.

Qeyd edək ki,  noyabrın 27-i keçiriləcək Almaniya - İspaniya ilə matçı Bakı  vaxtı ilə saat 23:00-da başlayacaq.