24 noyabr 2022 17:25
337

XİN başçısı Ermənistana xəbərdarlıq edib

Minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN rəhbəri qeyd edib ki, bu, üçtərəfli bəyanatda dəhlizin istifadə məqsədlərinə ziddir və buna son qoyulmalıdır.

Nazirin sözlərinə görə, Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir.