Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 620 675,4 min gəlir əldə olunub, bu da illik müqayisədə 45,7% artım deməkdir.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 485 235,6 min manat olub.
Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə yük daşınmasından 2 767 082,5 min manat, sərnişin daşınmasından isə 853 592,9 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 31,5% və 2,2 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 1 656,6 min və ya 2,1 dəfə çox sərnişin daşınıb. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 8,6% azalaraq 325 min ton olub.