24 noyabr 2022 18:27
564

Prezident Administrasiyasında yeni şöbə yaradılıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni şöbə yaradılıb.

“İki sahil” xəbər verir ki,  PA-da yeni yaradılan struktur Hərbi-texniki təminat məsələləri şöbəsidir.

Prezident İlham Əliyevin sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.