25 noyabr 2022 14:11
242

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq.

“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.