25 noyabr 2022 15:19
294

Lənkəran Dövlət Universitetinin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SİYAHI

Lənkəran Dövlət Universitetinin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Lənkəran Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:

Ağayeva Məlahət Əli qızı

Mahmudov Kamal Fətulla oğlu

Şahqubadbəyli Ənvər Xandadaş oğlu.