Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev ölkənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat Tvitterdə bildirib.
"Niderland Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri cənab Rudmer Heerema və onun əməkdaşları ilə çox konstruktiv görüşümüz oldu. Ona münaqişədən sonrakı vəziyyət, Azərbaycanın mövqeyi, Ermənistanın törətdiyi hərbi cinayətlər barədə məlumat verdim. Niderland parlamentariləri ilə daha çox dialoqa ehtiyac var. Anlayışınız üçün təşəkkür edirik" – deyə azərbaycanlı diplomat qeyd edib.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir