26 noyabr 2022 08:19
339

Meksika Deputatlar Palatasının sədri: Azərbaycanın sülh uğrunda apardığı təşəbbüslər təqdirəlayiqdir

“Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslər təqdirəlayiqdir”.

“İki sahil” xəbər verir ki, bunu Meksika Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda bəyan edib.

O, Meksika hökumətinin daima dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını və davamlı sülhün tərəfdarı olduğunu nəzərə alaraq, bu məsələdə də Azərbaycan hökumətini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.