İtaliya Avropa İttifaqının 9 üzvündən biridir ki, Azərbaycan onunla Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıb. Yəni, biz strateji tərəfdaşıq və ikitərəfli gündəliyimizi artırır və genişləndiririk”.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
İtaliyaya son səfərini xatırladan dövlətimizn başçısı deyib: “İtaliyaya son səfərim zamanı mən Romada Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin yenidən qurulmuş binasının açılışında iştirak etdim. Bundan sonra rektor Hafiz Paşayev və beş italyan universitetinin rektoru İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsini həyata keçirdilər. Həmin universitet təqribən bu ərazidə yerləşəcək. Bildiyimə görə, tikinti işləri artıq başlayıb. Növbəti il üçün büdcəsi tam təsdiq edilməsə də, sizə bir növ sirr aça bilərəm ki, sərmayə proqramımızda İtaliya-Azərbaycan Universitetinin yeni binasının tikintisinin maliyyələşdirilməsi nəzərdə tutulub.
Bu, bizim ikitərəfli əlaqələrimiz və qeyd etdiyiniz kimi, təhsil sahəmiz üçün mühüm bir töhfə olacaqdır. Çünki İtaliyanın beş qabaqcıl universiteti İtaliya-Azərbaycan Universitetinin təsisçisi olacaq. Bizim xarici işlər naziri İtaliyanın xarici işlər naziri ilə telefon danışığı zamanı onu bu münasibətlə təbrik etmişdir. Ümid edirik ki, biz İtaliya hökumətinin üzvləri ilə yaxın əlaqələr quracaq və uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir