26 noyabr 2022 10:02
395

Prezident İlham Əliyev: Azərbaycanın ixrac qazının həcminin artırılmasına tələbat var

Azərbaycanın ixrac qazının həcminin artırılmasına tələbat var. Lakin biz başa düşürük ki, bu həcmin artırılması üçün TAP boru kəmərinin imkanlarının genişləndirilməsi zəruridir.

“İki sahil” xəbər verir ki,  bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

“Mən bu məsələni keçmiş Baş nazir cənab Mario Draqi ilə müzakirə etmişdim. Nəzərə alsaq ki, Azərbaycanın TAP layihəsindəki payı cəmi 20 faizdir, biz bu işi təkbaşına yerinə yetirə bilmərik. Bunun üçün müvafiq qərar qəbul olunmalıdır. Bu qərar nə qədər tez qəbul edilərsə, bir o qədər yaxşı olar. Çünki hazırda TAP boru kəməri var gücü ilə işləyir. Yeni qaz həcmlərini nəzərə alaraq, bu işi tez yerinə yetirmək lazımdır. Əlbəttə, Trans-Balkan boru kəməri olsa da, onun da imkanları müəyyən dərəcədə məhduddur” – dövlətimizin başçısı əlavə edib.