Bu ilin iyulunda mənimlə xanım Ursula Fon der Lyayen arasında imzalanan Anlaşma Memorandumunda biz yalnız qaz təchizatı məsələsinə deyil, habelə elektrik enerjisi və “yaşıl hidrogen” daxil olmaqla, hidrogen təchizatı məsələsinə də toxunmuşuq.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısı əlavə edib: “Biz, həmçinin Avropaya elektrik enerjisi təchizatının həcmini artırmağı planlaşdırırıq. O ki qaldı təchizat prosesini məhdudlaşdıran amillərə, bunlardan biri TAP qaz boru kəməri, digəri isə Türkiyənin qazötürmə infrastrukturu ilə bağlıdır. Hazırda Türkiyənin qazötürmə infrastrukturu Azərbaycandan daxil olan elektrik enerjisini məhdud həcmdə qəbul edə bilir. Lakin bizim elektrik enerjisinə Balkan ölkələrində, Serbiyada, Bolqarıstanda, Rumıniyada və bəlkə də digər Avropa ölkələrində tələbat var. Lakin buna nail olmaq yalnız komanda işini davam etdirməklə və sərmayə qoyuluşları vasitəsilə mümkündür. Biz elektrik enerjisinin Avropaya mühüm ixracatçısı olmağı planlaşdırırıq. Bazar bizim üçün çox cəlbedicidir”.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir