26 noyabr 2022 10:16
411

Azərbaycan Prezidenti: İtaliya ilə münasibətlərimiz əla səviyyədədir

Bizim İtaliya ilə olan münasibətlərimiz əla səviyyədədir.

“İki sahil” xəbər verir ki,  bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı deyib: “Bizim İtaliya ilə olan münasibətlərimizə gəlincə, əminliklə deyə bilərəm ki, onlar əla səviyyədədir. Biz öz öhdəliklərimizə sadiqik və İtaliyanın yeni hökuməti ilə də bu strateji işbirliyinə davam edəcəyik”.