26 noyabr 2022 10:42
395

Azərbaycan Prezidenti: Ermənistan sülh istəyirsə, daha müstəqil şəkildə davranmalıdır

Ermənistan işğalının mənfi fəsadlarından biri odur ki, bizim torpaqlarımızda baş verənlərlə yanaşı, Cənubi Qafqaz inteqrasiya olunmaq imkanını da itirdi.

“İki sahil” xəbər verir ki,  bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı deyib ki, indi vaxtdır: “Ola bilsin, inteqrasiya, hətta üçtərəfli əməkdaşlıq barədə danışmaq tezdir, lakin düşünürəm ki, ən azı məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Mən Ermənistanın qarşısında duran maneələrin nədən ibarət olduğunu, buna razılaşmamaqla kimdən qorxduğunu bilmirəm. Lakin düşünürəm ki, əgər onlar həqiqətən də sülh istəyirlərsə, daha müstəqil şəkildə davranmalıdırlar. Bu baş versə, həmin görüş çox tez bir zamanda reallaşa bilər. Əgər baş verməsə, yaxşı, bu, olduğu kimi davam edəcək. Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, biz onlarsız, Ermənistansız da keçinə bilərik. Əgər onlar faydalanmaq istəyirlərsə, biz hazırıq, əks halda, bu, belə davam edəcək”.