26 noyabr 2022 10:47
310

Fərhad Pirinççi: Həm işğal, həm də müharibə zamanı insanlığa qarşı hərbi cinayətlər törədilmişdir

Şuşa şəhərini ziyarət etdim və işğal altında olmuş ərazilərdə bütün dağıntıları gördüm.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun baş tədqiqatçısı Fərhad Pirinççi noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

“Ötən il mən Gəncəyə səfər etdim və raketlərin düşdüyü yerləri, dağılmış mülki binaları gördüm. Həm işğal, həm də müharibə zamanı insanlığa qarşı hərbi cinayətlər törədilmişdir, mədəni obyektlərə ziyan dəymişdir”, -deyə F.Pirinççi əlavə edib.