26 noyabr 2022 11:21
603

Prezident İlham Əliyev: Biz bir “dəmir yumruq” kimi birləşdik

İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik. Onların arasında Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri var idi. Bu, etnik mənsubiyyətindən asılı olmayaraq, Vətən torpağı uğrunda şərəf mübarizəsi idi. Biz bir “dəmir yumruq” kimi birləşdik.

“İki sahil” xəbər verir ki,  bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

“Fikrimcə, əgər görülmüş işləri bir sözlə və ya tədbirlə ifadə etsək, mən Şuşanın azad olunmasından sonra orada artıq iki dəfə keçirilmiş “Xarıbülbül” Musiqi Festivalını deyərdim. Birincisi ötən ilin mayında baş tutdu. Söhbət bərpa etdiyimiz ənənəvi festivaldan gedir. Ötən il həmin festivalda Azərbaycanın müxtəlif etnik qruplarını təmsil edən sənətkarlar çıxış etmişdilər. Bunun rəmzi mənası var. Səmimi desəm, bu, mənim ideyam idi. Mən istədim ki, Azərbaycandakı bütün etnik azlıqların qrupları və nümayəndələri orada, bütün azərbaycanlılar üçün müqəddəs məkanda, Cıdır düzündə olsunlar və Qələbənin hamımızın olduğunu nümayiş etdirsinlər. Hər bir Azərbaycan vətəndaşı bundan fərəhlənir. Bir çox digər elementlər də ola bilər. Siz sual verdiniz, ona görə düşündüm ki, bu, ən yaxşı təqdimat ola bilərdi”, - Prezident İlham Əliyev əlavə edib.