26 noyabr 2022 11:27
335

Brenda Şafer: Azərbaycan ehtiyacların artacağını strateji olaraq beynəlxalq neft şirkətlərindən, xarici hökumətlərdən çox qabaq görür

Azərbaycan özünün 30 illik strateji layihələrində tələblərin, ehtiyacların artacağını strateji olaraq beynəlxalq neft şirkətlərindən, xarici hökumətlərdən çox qabaq görür.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın Hərbi Dəniz Donanma Məktəbinin professoru Brenda Şafer noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

B.Şafer əlavə edib ki, buna Cənub Qaz Dəhlizi layihəsini misal göstərə bilərik: Hətta Avropa institutları təbii qaza ehtiyacın az olacağını hesab edərkən, şirkətlər Yekun İnvestisiya Qərarında hər şey - maye qaz və bərpaolunan enerji tətbiq olunacaq deyə bu layihəni son meqaqaz layihəsi kimi qələmə verərkən belə, Azərbaycan gələcəyi gördü, tutumu artırıla bilən, ikiqat tutumlu kəmərlər inşa etdi və artıq 2 ildir ki, Avropa sifariş verib”.

Amerikalı professor əlavə edib ki, bu həftə baş çəkmək şərəfinə nail olduğu daha bir infrastruktur layihəsi də Zəngilanda idi: Kiminsə “burda hava limanına nə ehtiyac var? Niyə burada, bu məkanda gözəl evlər və müasir şəhər inşa edilir?” dediyini gördükdə. Əlbəttə, Sizin də qeyd etdiyiniz kimi, haqq-ədalət üçün”.