26 noyabr 2022 11:34
279

Amerikalı professor: Qaçqınların öz yurdlarına qayıdanda Azərbaycandakı kimi həyəcanlı olduqlarını xatırlamıram

Qaçqınların öz yurdlarına qayıdanda Azərbaycandakı kimi həyəcanlı olduqlarını xatırlamıram.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın Hərbi Dəniz Donanma Məktəbinin professoru Brenda Şafer noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

Amerikalı professor deyib ki, keçmiş köçkünlər öz evlərinə qayıdırlar: “Biz hər zaman münaqişələr haqqında, qaçqınların üzləşdikləri çətinliklər, ədalətsizliklər haqqında eşidirik. Ancaq qaçqınların öz yurdlarına qayıdanda buradakı kimi həyəcanlı olduqlarını xatırlamıram”.