26 noyabr 2022 12:07
459

Azərbaycan Türkiyənin İsrail və bəzi ərəb ölkələri ilə arasında münasibətlərin normallaşmasında rol oynayıb

Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb.

“İki sahil” xəbər verir ki,  bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı əlavə edib: “Biz, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, indi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük”.