26 noyabr 2022 18:19
604

Xalid Teymur Əkrəm: Ağdama hər səfərimdə erməni vandallığından dəhşətə gəlirəm

Bu mənim Ağdama ikinci səfərimdir. Hər iki gəlişimdə erməni vandallığını görərək dəhşətə gəlmişəm.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm deyib. O bildirib ki, Azərbaycan azad edilmiş torpaqlarda çox sürətlə bərpa işləri həyata keçirir: “Burada bərpa işləri sürətlə davam edir. Pakistan Azərbaycanın hər zaman haqlı mövqeyini dəstəkləyib və Ermənistanı dövlət kimi tanımayıb. Mən ümid edirəm ki, ölkənizin yenidənqurma işləri tezliklə yekunlaşacaq və regionda sülh tezliklə bərqərar olacaq”.