Ağdamda dağıdılmış binaların, səliqəsiz yolların olduğunu gördüm. Bu ərazi yaşayış üçün tamamilə yararsız vəziyyətə salınıb.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Rumıniyadan olan nümayəndə İulian Çifu deyib.
Bərpa işlərinin sürətlə davam etdiyini vurğulayan İulian Çifu qeyd edib: “Bu ərazilərdə yenidənqurma işlərinin aparıldığını da gördüm. Məktəb tikilir, məscid təmir edilir və bütün bunlar müsbət haldır. İnsanların doğma yurdlarına qayıtmaları üçün bu ərazilərin tezliklə bərpa edilməsi lazımdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”: Bakıda beynəlxalq sammit işə başlayıb
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib - FOTO