“Zəngəzur dəhlizinin açılması regionun hərtərəfli inkişafı üçün zəruridir”.
“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal deyib.
O bildirib ki, bu dəhliz təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Mərkəzi Asiya ölkələri üçün də yeni imkanlar açır: “Bu, həm də Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək”.
Dəhlizin xüsusi əhəmiyyətini qeyd edən A.Uysal bildirib ki, bəzi ölkələr Zəngəzur dəhlizinin açılmasını istəməsələr də, biz onları razı sala biləcəyik.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”: Bakıda beynəlxalq sammit işə başlayıb
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib - FOTO