Azərbaycanın daimi nümayəndəsi, səfir Qalib İsrafilov Bioloji Silahlar Konvensiyasının fəaliyyətinin nəzərdən keçirilməsi üçün təşkil edilən 9-cu icmal konfransının açılışında çıxış edib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəliyi tviter səhifəsində məlumat yayıb.
“Azərbaycanın daimi nümayəndəsi, səfir Qalib İsrafilov Bioloji Silahlar Konvensiyasının fəaliyyətinin nəzərdən keçirilməsi üçün təşkil edilən 9-cu icmal konfransının açılışında ümumi müzakirələr zamanı Qoşulmama Hərəkatı adından bəyanatla çıxış edib”, - paylaşımda qeyd edilib.
Xatırladaq ki, konfrans noyabrın 28-dən dekabrın 16-dək İsveçrənin Cenevrə şəhərində davam edəcək.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”: Bakıda beynəlxalq sammit işə başlayıb
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib - FOTO