Azərbaycan Ümid Partiyasının dəvəti ilə Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Azərbaycana səfərə gəliblər.
Partiyadan “İki sahil”ə verilən xəbərə görə, səfər çərçivəsində Təşkilat Komitəsinin növbəti iclasının, həmçinin Azərbaycan Ümid Partiyası və ölkəmizdə fəaliyyət göstərən digər siyasi partiyalarla, qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər noyabrın 30-a kimi davam edəcək.
Təşkilat Komitəsinin üzvləri Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Seyid Cəfər Pişəvərinin məzarını, Şəhidlər xiyabanını və “Türk Şəhidliyi” abidəsini ziyarət edib və gül dəstələrini qoyublar.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”: Bakıda beynəlxalq sammit işə başlayıb
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib - FOTO