29 noyabr 2022 11:05
427

Milli Məclisin iclasının gündəliyi dəyişib

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, iclasın gündəliyindən üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri çıxarılıb.

Bununla da parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 30-dan 28-ə düşüb.