Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı qaydaya dəyişiklik l oxunuşda təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihədə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası təsbit olunub.
Layihə l oxunuşda qəbul edilib.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”: Bakıda beynəlxalq sammit işə başlayıb
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib - FOTO